Meksika və Ekvador yığmaları arasında keçirilən 2026-cı il dünya çempionatının 1/16 final matçı başa çatıb.
Matc.az xəbər verir ki, komandalar Meksikanın paytaxtı Mexiko şəhərindəki "Asteqa" stadionunda qarşılaşıblar. Görüşün yekun hesabı meksikalıların xeyrinə 2:0 olub.
Bununla da Meksika millisi 1986-cı ildən bəri ilk dəfə pley-offun ilk mərhələsini adlayıb. Bu müddət ərzində meksikalılar 8 dünya çempionatında oynasalar da, heç birində bunu bacarmayıblar.
Meksika 1/8 finalda İngiltərə – Konqo cütünün qalibi ilə qarşılaşacaq.
Qeyd edək ki, dünya çempionatı iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçirilir. Sonuncu dünya çempionu Argentina millisidir. 2022-ci ildə Qatarda keçirilən turnirin finalında bu komanda Fransa yığmasını məğlub edib (3:3, penaltilər - 4:2).













