"Barselona"nın ispan vingeri Ansu Fati rəsmən "Monako"nun oyunçusu olub.

Matc.az xəbər verir ki, bu barədə moneqasq klubunun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, 23 yaşlı vingerlə 4 illik – 2030-cu ilin yayına kimi müqavilə imzalanıb. Transfer məbləği rəsmən açıqlanmasa da, kütləvi informasiya vasitələrinin yaydığı məlumata görə, söhbət 11 milyon avrodan gedir.

Fati 2025/26 mövsümünü icarə əsasında "Monako"da keçirib və bütün turnirlərdə meydana çıxdığı 30 matçda 12 qol vurub. İndi isə ispan vinger Liqa 1 təmsilçisinin tamhüquqlu üzvünə çevrilib.

Qeyd olunur ki, tam transferlə bağlı danışıqlar asan keçməyib. "Barselona" müqaviləyə geri satınalma hüququ və ya Fatinin növbəti transferindən müəyyən faiz daxil etmək istəyib. Sazişə hər hansı əlavə bəndlərin salınıb-salınmadığı isə hələlik məlum deyil.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest