30 İyun 2026, 22:34
FUTBOL
"Neftçi"nin Sloveniyada təlim-məşq toplanışı çərçivəsində keçirəcəyi yoxlama oyunlarındakı rəqibləri müəyyənləşib.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Ağ-qaralar" iyulun 2-də ÇFR Kluj (Rumıniya), 6-da Partizan (Serbiya), 10-da Radniçki Niş (Serbiya), 13-də isə Osiyek (Xorvatiya) klubları ilə qarşılaşacaq.
Bütün matçlar yerli vaxtla saat 18:00-da (Bakı vaxtı ilə 20:00) başlanacaq.
Qeyd edək ki, Partizan klubunun baş məşqçisi "Sumqayıt"ın sabiq çalışdırıcısı Saşa İliçdir.













