"Vest Hem" klubunun yarımmüdafiəçisi Mateuş Fernandeş "Tottenhem"ə keçməyə yaxındır.
Matc.az xəbər verir ki, bu barədə jurnalist Fabrisio Romano özünün "X" sosial şəbəkə səhifəsində məlumat paylaşıb.
Bildirilir ki, keçidin dəyəri 85 milyon funt-sterlinq qiymətləndirilir ki, bu da "Tottenhem" üçün rekord məbləğ olacaq. Transferin bütün detalları razılaşdırılıb.
Fernandeşin transferi üzərində aktiv çalışan "Mançester Yunayted" isə artıq alternativ variantlara yönələcək.
Ötən mövsüm Fernandeş bütün turnirlərdə 42 oyunda iştirak edib, 5 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. Oyunçunun "çəkiclər"lə mövcud müqaviləsi 2030-cu ilin yayına kimidir. "Transfermarkt" portalında yer alan məlumata görə, futbolçunun bazar dəyəri 50 milyon avro təşkil edir.













