PSJ-nin və Portuqaliya millisinin hücumçusu Qonsalu Ramuş "Milan"ın futbolçusu olub. Təcrübəli forvard karyerasını İtaliya A Seriyasında davam etdirəcək.

Matc.az xəbər verir ki, bu barədə İtaliya klubunun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, 25 yaşlı portuqaliyalı ilə 5 illik – 30 iyun 2031-ci ilə qədər nəzərdə tutulan müqavilə imzalanıb. Transfer məbləği rəsmi olaraq açıqlanmasa da, daha əvvəl mətbuatda "Milan"ın bonuslar da daxil olmaqla hücumçu üçün təxminən 70 milyon avro ödəyəcəyi barədə məlumatlar yayılmışdı.

Bu transferlə Qonsalu Ramuş "Milan" tarixinin ən bahahlı transferi ünvanına sahib çıxıb. Bu status 2019-cu ildə 49,5 milyon avroya transfer edilən digər portuqaliyalı Rafael Leauna məxsus idi.

Qeyd edək ki, Qonsalu Ramuş 2023-cü ilin yayından bəri PSJ-də çıxış edirdi və Paris klubu onun üçün "Benfika"ya 65 milyon avro ödəmişdi. 25 yaşlı hücumçu 2025/26 mövsümündə bütün turnirlərdə çıxış etdiyi 45 matçda 12 qol vurub və 2 məhsuldar ötürmə edib. Hücumçu Portuqaliya yığmasının heyətində isə keçirdiyi 26 oyunda 10 qol vurmağı bacarıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest