"Bavariya"nın əfsanəvi qapıçısı Manuel Noyer Almaniya millindəki karyerasını rəsmən başa vurduğunu təsdiqləyib. Təcrübəli əlcək sahibi bundan sonra bütün diqqətini klub karyerasına yönəldəcək.
Matc.az xəbər verir ki, bu barədə "Yahoo Sports" nəşri məlumat yayıb.
Manuel Noyer ikiillik fasilədən sonra 2026-cı il dünya çempionatı ərəfəsində milli komandaya geri dönmüşdü. Turnirin gedişində 40 yaşlı qapıçı bu yarışın onun üçün Bundestim heyətində sonuncu olacağını bəyan etmişdi.
Qeyd edək ki, Almaniya yığması dünya çempionatının 1/16 finalında penaltilər seriyasında Paraqvaya məğlub olaraq mübarizəni dayandırıb. Matçdan sonra əfsanəvi qolkiper bu qarşılaşmanın onun milli formayla son pərdəsi olduğunu rəsmən elan edib: "Bəli, bu, sonuncu matç idi. Milli komandadakı karyeramı bu şəkildə bitirmək çox acıdır".
Noyer Almaniya yığmasında debütünü 2009-cu ildə edib. Ümumilikdə milli komandada 128 oyun keçirən qapıçı bu göstərici ilə Bundestim tarixində 5-ci yeri tutur. O, Almaniya seçməsi ilə 2014-cü ildə dünya çempionu olub, 2010-cu ildə isə bürünc medal qazanıb.













