30 İyun 2026, 17:37
FUTBOL
"Sabah" müdafiəçi İqor Noqeyra ilə yollarını ayırıb.
Matc.az xəbər verir ki, bu barədə məlumatı klubun mətbuat xidməti yayıb.
Bildirilir ki, braziliyalı futbolçu ilə mövsümün sonunda başa çatan müqavilə müddəti yenilənməyib.
Noqeyra 2024-cü ildən "Sabah"ın uğurları üçün çalışırdı. O, Masazır klubunun heyətində 62 oyun keçirib, 4 qol vurub. Noqeyra "Sabah"la 1 dəfə Azərbaycan çempionu, 2 dəfə ölkə kubokunun qalibi olub.
Klub İqor Noqeyraya xidmətlərinə görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.













