"Aston Villa" "Frayburq"la qarşılaşacaqları Avropa Liqasının finalından əvvəl əsas sponsorunun loqosunu formalarından çıxarıb.

Matc.az xəbər verir ki, bu barədə məlumatı braziliyalı şərhçi Luis Karlos Larqo paylaşıb.

Görüş Türkiyədə keçiriləcək və yerli qaydalara görə, bukmeker şirkətinin sponsorunun loqosundan istifadə qadağandır. Buna görə də, əsas sponsorun loqosu əvəzinə formada klubun sosial layihəsi olan "Aston Villa Foundation"in loqosu olacaq. Bu səbəblə, İngiltərə komandası da üçüncü formasını geyinməyə qərar verib.

Xatırladaq ki, oyun bu gün İstanbuldakı "Tüpraş" stadionunda keçiriləcək və saat 23:00-da start götürəcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest