"Atletiko"nun baş məşqçisi Dieqo Simeone UEFA Çempionlar Liqası yarımfinal mərhələsinin "Arsenal"la cavab oyunu öncəsi gözləntilərini bölüşüb.

Matc.az xəbər verir ki, argentinalı müütəxəssis

"Futbolçularıma deyəcəyəm ki, evdə keçirdiyimiz oyunun ikinci hissəsində olduğu kimi çıxış etsinlər. Tələb olunan intensivliklə oynamağa çalışacağıq. Etdiklərimizə böyük inamımız var. Məşqçilər nə qədər çox düşünsələr də, futbol futbolçulardan asılıdır. Biz sadəcə onları ən yaxşı şəkildə hazırlamalıyıq. Düşünürəm ki, təcrübə sakitlik gətirir və daxili rahatlıq belə matçlara çıxmağa imkan verir. Aleksandar Sörlot bizim üçün çox vacib oyunçudur. Təəssüf ki, ötən oyunda iştirak edə bilmədi. Sörlot və həmçinin yüngül zədəsi olan Aleks Baena özlərini daha yaxşı hiss edirlər. Ümid edirik ki, bu gün məşqlərə qoşula biləcəklər. Bunu tezliklə biləcəyik".

Qeyd edək ki, "Arsenal" - "Atletiko" qarşılaşması bu gün keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. İlk oyun 1:1 hesablı heç-heçə ilə başa çatıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest