"Atletiko"nun kapitanı Koke UEFA Çempionlar Liqası yarımfinal mərhələsinin "Arsenal"la ilk oyunundan sonra açıqlama verib.
Matc.az xəbər verir ki, ispaniyalı yarımmüdafiəçi rəqibin onlar üçün real təhlükə yarada bilmədiyini deyib:
"Maksimum dərəcədə oynamağa çalışdıq. Oyuna öz qapımıza təyin olunan penalti ilə başladıq. Fkrimcə, bu, hakim tərəfindən şübhəli qərar idi. Qələbə qazanmaq üçün şanslarımız oldu. Lakin hər şey cavab oyununda həll olunacaq. Onlar müdafiədə çox yaxşı oynayırlar. Hücumda da çox sürətli futbolçulara malikdirlər. Belə keyfiyyətli oyun göstərən komanda olaraq qalmalıyıq. Əgər bu səviyyədə çıxış etsək, qalib gələ bilərik. Yaratdığımız epizodlara baxmayaraq, oyunu erkən həll etmək üçün cüzi bir şey çatmadı. Eyni zamanda, "Arsenal" cərimə meydançamızın yaxınlığına qədər gəlib çıxsa da, real təhlükə yarada bilmədi".
Qeyd edək ki, "Arsenal"la "Atletiko" arasındakı cavab görüşü mayın 5-də Londonda baş tutacaq.




_1777557510.jpg)







