"Oyunun əvvəlində belə bir ab-havanı nadir hallarda xatırlayıram. İnanılmaz idi. Birinci hissə daha sakit keçdi. Bizim də, rəqibin də bir qol şansı oldu".
"Atletiko" ötən gün UEFA Çempionlar Liqası yarımfinal mərhələsinin ilk matçında "Arsenal"la 1:1 hesablı heç-heçə edib.
Matc.az xəbər verir ki, Madrid təmsilçisinin baş məşqçisi Dieqo Simeone oyundan sonra komandasının çıxışını şərh edib:
"Arteta dedi ki, Ezenin epizodunda penalti olduğunu dedi? Həmkarlarımın fikirlərini heç vaxt şərh etmirəm. Atmosfer möhtəşəm idi. Oyunun əvvəlində belə bir ab-havanı nadir hallarda xatırlayıram. İnanılmaz idi. Birinci hissə daha sakit keçdi. Bizim də, rəqibin də bir qol şansı oldu. İkinci hissədə oyunun tempini artırdıq. Onların bu vaxta qədər keçirdikləri çoxsaylı oyunlardan və Premyer Liqa ilə Çempionlar Liqasında qalib gəlmək zərurətindən yorulduqları hiss olunurdu. İkinci hissədə hesabda önə keçə bilərdik. Lakin rəqibin qapıçısı bir neçə yaxşı qurtarışla fərqləndi, müdafiəçi isə Qrizmannın zərbəsini blokladı.
Bizi Londonda böyük sınaq gözləyir. Ora bütün gücümüzlə oynamağa gedəcəyik. Aydındır ki, komandamız daha güclü olub. Le Normanının oyuna daxil olması müdafiədə bizə əlavə güc verdi. Komanda əvvəlki oyunlarla müqayisədə daha sabit çıxış etdi. Müdafiə oyunumuzu yaxşılaşdırmalıyıq. Çünki yalnız yaxşı hücum etmək kifayət deyil.
Hər şeydən əvvəl, Kral Kubokunun finalından sonra ilk dəfə özümü xoşbəxt hiss edirəm. Bu atmosferə görə azarkeşlərə təşəkkürümü ifadə etməyə söz tapmıram. Komanda ruhdan düşmədi, əksinə yenidən ayağa qalxır. Qarşıda məni həyəcanlandıran möhtəşəm bir çağırış var. "Arsenal"ın əvəzetmədən meydana buraxdığı beş oyunçunu gördünüz. Onlar çox yaxşıdır və ən yüksək səviyyədə rəqabət aparmaq üçün kifayət qədər istedada malikdirlər. Onlar Çempionlar Liqasında 10 qələbə qazanıb, üç heç-heçə edib və heç bir oyunda məğlub olmayıblar. Fantastik komandaya qarşı oynayırıq".
Qeyd edək ki, komandalar arasındakı cavab görüşü 5 may tarixində İngiltərədə təşkil olunacaq.



_1777557510.jpg)








