Türkiyə Kubokunda 1/4 final mərhələsinə yekun vurulub.

Matc.az xəbər verir ki, mərhələnin son oyun günündə iki qarşılaşma baş tutub.

"Trabzonspor" səfərdə "Samsunspor" üzərində minimal hesablı qələbə qazanaraq yarımfinala yüksəlib.

"Beşiktaş" isə doğma meydanda "Alanyaspor"u 3 cavabsız qolla kubokdan kənarlaşdıra bilib.

Qeyd edək ki, Türkiyə Kubokunun yarımfinalında "Gənclərbirliyi" "Trabzonspor"la, "Beşiktaş" isə "Konyaspor"la qarşılaşacaq.  

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest