"Atalanta"nın yarımmüdafiəçisi Lorentso Bernaskoni A Seriyasında klubunu dəyişə bilər.

Matc.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira məlumat yayıb.

"Yuventus" italiyalı futbolçunu transfer etmək istəyir. Turin təmsilçisi Bernaskonini uzun müddətdir izləyir. "Ağ-qaralar" 22 yaşlı oyunçunu yayda heyətinə qatmağa çalışacaq.

Qeyd edək ki, Lorentso Bernaskoni bu mövsüm "Atalanta"nın heyətində bütün turnirlərdə keçirdiyi 37 oyunda 3 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest