Mövsümün sonunda Ernesto Valverde ilə yollarını ayıracağını açıqlayan "Atletik"in yeni baş məşqçisi müəyyənləşmək üzrədir.

Matc.az xəbər verir ki, Bilbao təmsilçisi Edin Terziçlə anlaşıb. Bu barədə "Mundo Deportivo" nəşri məlumat yayıb.

Almaniyalı mütəxəssisin təyinatının yaxın günlərdə açıqlanacağı gözlənilir. 43 yaşlı məşqçi mövsüm başa çatdıqdan sonra La Liqa klubunda işə başlayacaq.

Qeyd edək ki, Edin Terziçin son iş yeri 2024-cü ilin yayında ayrıldığı Dortmund "Borussiya"sı olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest