Misli Premyer Liqasında XXIX turun iki oyununun təyinatları açıqlanıb.

Matc.az xəbər verir ki, "İmişli" – "Sumqayıt" qarşılaşmasını Elçin Məsiyev idarə edəcək.

"Qəbələ" – "Araz-Naxçıvan" görüşü isə Kamal Umudluya həvalə edilib.

25 aprel (şənbə)

16:00.
"İmişli" – "Sumqayıt"
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Alik Yunusov
VAR: Elvin Bayramov
AVAR: Müslüm Əliyev
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Eldar Məmmədov
Quba OİK stadionu

18:30. "Qəbələ" – "Araz-Naxçıvan"
Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Ruslan Quliyev
VAR: Vüqar Həsənli
AVAR: Əkbər Əhmədov
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Elçin Məmmədov
Qəbələ şəhər stadionu

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest