"Real"ın yarımmüdafiəçisi Arda Güler zədələnib.

Matc.az xəbər verir ki, bu barədə "Marca" nəşri məlumat yayıb.

Türkiyəli futbolçu əzələsində ağrı hiss edib. Arda komandanın bugünkü məşqində iştirak etməyib. 21 yaşlı hücumameyilli yarımmüdafiəçinin durumuna tibbi müayinədən sonra aydınlıq gələcək.

Qeyd edək ki, Arda Güler bu mövsüm "Real"ın heyətində bütün turnirlərdə keçirdiyi 50 oyunda 6 qol vurub, 14 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest