23 Aprel 2026, 12:31
DÇ-2026
"Bavariya"nın futbolçusu Serj Qnabrinin dünya çempionatında iştirak etməyəcəyi dəqiqləşib.
Matc.az xəbər verir ki, bu barədə almaniyalı hücumçu özünün sosial şəbəkə hesabında paylaşım edib.
Qnabri komandanın məşqçi zamanı ayaq əzələsindən zədə alıb. 30 yaşlı forvard ən azı 3 ay yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, Almaniya millisi yayda keçiriləcək dünya çempionatının E qrupunda Ekvador, Kürasao və Fil Dişi Sahili yığmaları ilə mübarizə aparacaq.







_1776942618.jpg)




