"Fənərbaxça" və "Qalatasaray" mövsümün sonunda "Mançester Siti"dən ayrılacağını açıqlayan Bernardo Silvanı heyətinə qatmaq istəyir.

Matc.az xəbər verir ki, bu barədə "Fotomaç" nəşri məlumat yayıb.

"Fənərbaxça" artıq portuqaliyalı futbolçu üçün real addımlar atmağı planlaşdırır. İstanbul təmsilçisinin idman direktoru Devin Özek növbəti həftə İngiltərəyə səfər edərək Silva ilə danışıqlara başlayacaq. O, 31 yaşlı hücumameyilli yarımmüdafiəçiyə "Qalatasaray"ın vəd etdiyindən daha çox maaş təklif edəcək.

Qeyd edək ki, Bernardo Silva bu mövsüm "Mançester Siti"nin heyətində bütün turnirlərdə keçirdiyi 46 oyunda 3 qol vurub, 5 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest