"Latsio"nun baş məşqçisi Mauritsio Sarri ikinci dəfə "Napoli"yə rəhbərlik edə bilər.
Matc.az xəbər verir ki, bu barədə "Football Italia" məlumat yayıb.
"Napoli"nin hazırki baş məşqçisi Antonio Konte İtaliya milli komandasına əsas namizəd hesab olunur. Klub prezidenti Aurelio De Laurentis Konteni göndərməyə hazırdır, amma bu, yalnız o, İtaliya millisinə qayıtmaq istəyini əvvəlcədən bildirərsə mümkündür.
"Napoli" artıq Kontenin getməsi halında onun yerinə başqa bir namizəd axtarmağa başlayıb. Əsas namizəd 2015-ci ildən 2018-ci ilə qədər "Napoli"yə rəhbərlik etmiş "Latsio"nun hazırkı baş məşqçisi Mauritsio Sarridir. Səudiyyə Ərəbistanının "Əl-Sədd" klubunda çalışan Roberto Mançini də namizədlər sırasındadır.
Xatırladaq ki, Konte 2024-cü ilin yayından bəri "Napoli"yə rəhbərlik edir. O, ötən mövsüm kluba tarixində dördüncü çempionluğu qazandırıb.












