"Çelsi"nin yarımmüdafiəçisi Enzo Fernandes İngiltərə Premyer Liqanda başqa bir klubuna keçə bilər.

Matc.az xəbər verir ki, bu barədə "The Athletic" məlumat yayıb.

Bildirilir ki, oyunçu ilə "Mançester Siti" maraqlanır. "Nottingem Forest"in yarımmüdafiəçisi Elliot Anderson da "Siti"nin seçimləri arasındadır.

Fernandezsə olan maraq, yarımmüdafiəçi Bernardo Silvanın bu yay mümkün gedişi ilə bağlıdır. Bu arada, Rodrinin də gələcəyi qeyri-müəyyən olaraq qalır. Onun müqaviləsi 2027-ci ilə qədərdir, lakin futbolçu ilə yeni müqavilə barədə razılıq əldə olunmayıb.

Qeyd edək ki, Fernandes bu mövsüm bütün yarışlarda 48 oyuna çıxıb, 12 qol vurub və 6 məhsuldar ötürmə edib. "Transfermarkt"da dəyəri 90 milyon avro olan yarımmüdafiəçinin "Çelsi" ilə 2032-ci ilə qədər müqaviləsi var.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest