23 Aprel 2026, 20:18
FUTBOL
"Mançester Yunayted" skautları "Benfika"nın kolumbiyalı dayaq yarımmüdafiəçisi Riçard Riosu yaxından izləyir.
Matc.az xəbər verir ki, bu barədə "Caught Offside"a məlumat yayıb.
Bildirilir ki, Portuqaliya klubu 25 yaşlı futbolçunu 45 milyon avroya satmağa hazırdır. Lakin Kolumbiya millisi 2026-cı il dünya çempionatında yaxşı çıxış edərsə, onun qiyməti arta bilər. Futbolçu ilə "Fulhem" və "Napoli" də maraqlanır.
Qeyd edək ki, bu mövsüm Rios bütün yarışlarda 42 oyunda meydana çıxıb, 5 qol vurub və 5 məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2030-cu ilin yayına qədərdir. "Transfermarkt"da yarımmüdafiəçinin dəyəri 22 milyon avrodur.












