23 Aprel 2026, 12:59
FUTBOL
"Frayburq"un yarımmüdafiəçisi Yohan Manzambi karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.
Matc.az xəbər verir ki, bu barədə "Sky Sports" televiziyası məlumat yayıb.
"Qalatasaray" isveçrəli futbolçunu transfer etmək istəyir. İstanbul nəhəngi 20 yaşlı oyunçunu heyətinə qatmaq üçün yaxın günlərdə hərəkətə keçməyi planlaşdırır.
Qeyd edək ki, Yohan Manzambi mövsüm "Frayburq"un heyətində keçirdiyi 40 oyunda 6 qol vurub, 7 qol ötürməsi edib. Onun Almaniya klubu ilə müqavilə 2030-cu ilin yayına kimidir.




_1776947782.jpg)


_1776942618.jpg)




