23 Aprel 2026, 21:48
FUTBOL
"Real"ın cinah oyunçusu Vinisius Junior klubla yeni uzunmüddətli müqavilə üzrə prinsipial razılığa gəlib. Tərəflər indi son detalları razılaşdırmalıdırlar.
Matc.az xəbər verir ki, bu barədə məlumatı jurnalist Florian Plettenberq paylaşıb.
Bildirilir ki, Vinisiusun müqaviləsi uzadıldıqdan sonra Madrid klubunun hücumçusu Kilian Mbappe komandanın ən çox maaş alan oyunçusu olaraq qalacaq.
Hazırkı müqaviləsinə əsasən Vinisiusun ildə 25 milyon avro, Mbappenin isə 32 milyon avro qazandığı bildirilir. Braziliyalı futbolçunun müqaviləsi 2027-ci ilin yayında başa çatır.












