PSJ UEFA Çempionlar Liqası 1/4 final mərhələsinin cavab oyunu çərçivəsində səfərdə "Liverpul"un qonağı olacaq.

Matc.az xəbər verir ki, Paris təmsilçisinin futbolçusu Əşrəf Hakimi qarşılaşmadan əvvəl açıqlama verib. Mərakeşlə sağ cinah müdafiəçisi komandada əhval-ruhiyyənin yaxşı olduğunu deyib:

"Çempionlar Liqası kimi turnirlərdə favorit olmur. Artıq komandaların 0:2 hesabı ilə geri düşdükdən sonra geridönüş etdiyini görmüşük. Amma yenə də müsbət əhval-ruhiyyəni qoruyuruq. Özümüzə inanırıq, vacib oyun olacaq. Çox diqqətli olacağıq, detallara xüsusi önəm vermək lazımdır. Komandamız "Liverpul"la oyunda maksimumunu göstərməyə hazırdır. Hər iki klub qələbə uğrunda mübarizə aparacaq".

Qeyd edək ki, "Liverpul" - PSJ görüşü bu gün keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Komandalar arasında Fransada baş tutan ilk matç meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest