"Liverpul" UEFA Çempionlar Liqası 1/4 final mərhələsinin cavab oyunu çərçivəsində doğma meydanda PSJ-ni qəbul edəcək.

Matc.az xəbər verir ki, İngiltərə təmsilçisinin baş məşqçisi Arne Slot mətbuat konfransında açıqlamalar verib. Niderlandlı mütəxəssis geridönüş edə biləcəklərinə inandığını deyib:

"Artıq bu mövsüm dəfələrlə göstərmişik ki, böyük oyunlarda əla çıxış edə bilirik. Sabah xüsusi bir şey edə biləcəyimizə inanırıq. Lakin buna nail olmaq üçün çox diqqətli olmalıyıq. Çünki turnirin son qalibinə qarşı oynayırıq. Bu, işi çətinləşdirir, amma mümkünsüz etmir. Hücum hərəkətləri ilə topa nəzarət arasında ideal balans tapmalıyıq. Hücumçuların effektiv oynaya bilməsi üçün əvvəlcə bir çox işi düzgün görmək lazımdır. Topa daha çox sahib olmaq istəyən iki komanda qarşılaşacaq. Son oyunda onlar təxminən 70 faiz topa sahib idilər. Buna görə də dəyişməli olduğumuz ilk şey budur".

Qeyd edək ki, "Liverpul" - PSJ qarşılaşması bu gün keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Komandalar arasında Fransada baş tutan ilk matç meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest