11 Aprel 2026, 09:56
FUTBOL
"Tottenhem" klubun 144 illik tarixində ilk dəfə düşmə zonasında yer alıb.
Matc.az xəbər verir ki, bu barədə məlumatı jurnalist Fabrisio Romano paylaşıb.
"Vest Hem" "Vulverhempton"u 4:0 hesabı ilə məğlub edərək 17-ci yerə yüksəldikdən sonra "Tottenhem" İngiltərə Premyer Liqasının turnir cədvəlində 30 xalla 18-ci sıraya düşüb.
"Tottenhem"in ehtiyatında bir oyun var və aprelin 12-də "Sanderlend"lə qarşılaşacaq.
Qeyd edək ki, "Tottenhem"in bu mövsüm üç baş məşqçi dəyişib. Son olaraq martın 31-də Roberto De Zerbi London klubuna rəhbərlik etməyə başlayıb. Ona qədər İqor Tudor və Tomas Frank bu vəzifədə çalışıblar.












