10 Aprel 2026, 16:58
FUTBOL
"Yuventus" baş məşqçi Luçano Spalettinin mövsümün sonunda başa çatan müqaviləsinin müddətini uzadıb.
Matc.az xəbər verir ki, bu barədə Turin təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
67 yaşlı mütəxəssislə 2027/2028 mövsümünün sonuna kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, Luçano Spaletti 2025-ci ilin oktyabrında "Yuventus"un baş məşqçisi vəzifəsinə təyin olunub. "Ağ-qaralar" A Seriyasında 31 turdan sonra 57 xal toplayıb və turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.












