Matçın 90+1-ci dəqiqəsində “Səbail” komandasının tərcüməçisi Fariz İsmayılov qeyri-etik ifadə və ya hərəkətə görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun oyunluq cəzalandırılıb, klubu 2400 manat cərimə edilib.

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Matc.az xəbər verir ki, iclasda I Liqanın XXI turunda qeydə alınan qayda pozuntuları ilə bağlı qərarlar qəbul verilib.

“Şəfa” – “Səbail” oyununda “Səbail” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün klub 210 manat cərimə edilib. Qərarda bildirilir ki, matçın 90+1-ci dəqiqəsində “Səbail” komandasının tərcüməçisi Fariz İsmayılov qeyri-etik ifadə və ya hərəkətə görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun oyunluq cəzalandırılıb, klubu 2400 manat cərimə edilib.

“Difai” – “Şahdağ Qusar” oyununun 77-ci dəqiqəsində “Şahdağ Qusar” komandasının futbolçusu Kvaku Adjey ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyunluq çızalandırılıb, klubu 150 manat cərimə edilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest