"Bavariya"nın müdafiəçisi Kim Min Ce İtaliya A Seriyasına qayıda bilər.

Matc.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

"Yuventus" Cənubi Koreya millisinin üzvünü transfer etmək istəyir. Turin təmsilçisi yaxın vaxtlarda 29 yaşlı futbolçu üçün Almaniya klubu ilə danışıqlara başlamağı planlaşdırır.

Qeyd edək ki, "Bavariya" Kim Min Ceni 2020-ci ilin yayında "Napoli"dən transfer edib. Təcrübəli mərkəz müdafiəçisi bu mövsüm komandanın heyətində keçirdiyi 30 oyunda 1 qol vurub, 1 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest