"Bayer"in hücumçusu Kristian Kofane karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Matc.az xəbər verir ki, bu barədə "TEAMtalk" məlumat yayıb.

"Arsenal", "Çelsi", "Mançester Siti" və "Liverpul" kamerunlu futbolçunu transfer etmək istəyir. Premyer Liqa nəhəngləri yayda 19 yaşlı forvard üçün mübarizə aparacaqlar.

Qeyd edək ki, "Bayer" Kristian Kofaneni 2025-ci ilin yayında "Albasete"dən 5,2 milyon avroya transfer edib. Gənc hücumçu Leverkuzen təmsilçisinin heyətində keçirdiyi 40 oyunda 7 qol vurub, 8 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest