10 Aprel 2026, 17:51
FUTBOL
"Borussiya" Niko Şlotterbekin müqaviləsinin müddətini uzadıb.
Matc.az xəbər verir ki, bu barədə Bundesliqa klubunun mətbuat xidməti məlumat yayıb.
Almaniya millisinin üzvü ilə 2031-ci ilin yayına kimi nəzərdə tutulan yeni sözləşmə imzalanıb.
Qeyd edək ki, Niko Şlotterbek 2022-ci ilin yayından "Borussiya"da çıxış edir. 26 yaşlı mərkəz müdafiəçisi bu mövsüm Dortmund təmsilçisinin heyətində keçirdiyi 31 oyunda 4 qol vurub, 1 qol ötürməsi edib.












