Fransa millisinin baş məşqçisi Didye Deşam bu yay "Real"a keçə bilər.

Matc.az xəbər verir ki, bu barədə "RMC Sport" məlumat yayıb.

Deşam 2026-cı il dünya çempionatından sonra Fransa millisinin baş məşqçisi vəzifəsindən ayrılacaq. Madrid klubu isə yeni məşqçi axtarışındadır. Alvaro Arbeloanın cari mövsümdən sonra vəzifəsini qorumaq şansı olduqca az hesab olunur.

"Real" rəhbərliyi Deşamı namizədlər siyahısına daxil edib, lakin 57 yaşlı fransız yeganə namizəd deyil.

Deşam 2012-ci ildən bəri Fransa millisinə rəhbərlik edir və klub səviyyəsində "Monako", "Yuventus" və "Marsel"də çalışıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest