"Benfika"nın yarımmüdafiəçisi Riçard Rios karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.

Matc.az xəbər verir ki, bu barədə "Sky Sports" televiziyası məlumat yayıb.

"Napoli" kolumbiyalı futbolçunun xidmətində maraqlıdır. Baş məşqçi Antonio Konte Riosu komandasında görmək istəyir. Neapol təmsilçisi 25 yaşlı dayaq yarımmüdafiəçisi üçün Portuqaliya klubu ilə danışıqara başlamağı planlaşdırır.

Qeyd edək ki, Riçard Rios bu mövsüm "Benfika"nın heyətində keçirdiyi 40 oyunda 5 qol vurub, 5 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest