Endryu Robertson mövsümün sonunda "Liverpul"dan ayrılacaq.

Matc.az xəbər verir ki, bu barədə İngiltərə klubunun mətbuat xidməti məlumat yayıb.

Şotlandiyalı futbolçunun "qırmızılar"la müqaviləsi mövsümün sonunda başa çatır. Klub Robertsonla yeni sözləşmə imzalamayacaq. 32 yaşlı sol cinah müdafiəçisi yayda azad agent statusu ilə Premyer Liqa təmsilçisini tərk edəcək.

Qeyd edək ki, Endryu Robertson 2017-ci ilin yayından "Liverpul"da çıxış edir. Təcrübəli müdafiəçi bu mövsüm komandanın heyətində keçirdiyi 31 oyunda 2 qol vurub, 2 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest