UEFA Çempionlar Liqası 1/4 final mərhələsində həftənin ən yaxşı oyunçusu "Bavariya"nın kapitanı Manuel Noyer seçilib.

Matc.az xəbər verir ki, bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.

40 yaşlı qolkiper UEFA-nın saytında azarkeşlər arasında keçirilən sorğuda qalib olub. Almaniyalı qolkiper komandasının "Real"ı 2:1 hesabı ilə məğlub etdiyi matçda kritik qurtarışlaqrla yadda qalıb.

Qeyd edək ki, Noyer həftənin oyunçusu seçilmək üçün "Arsenal"ın qapıçısı David Raya, PSJ-nin vingeri Xviça Kvaratsxeliya və "Atletiko"nun hücumçusu Xulian Alvaresi qabaqlayıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest