UEFA bayrağı altında bu həftə keçiriləcək oyunlar Rumıniya millisinin keçmiş baş məşqçisi Mirça Luçeskunun xatirəsinə bir dəqiqəlik sükutla başlayacaq.

Matc.az xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.

Mirça Luçesku aprelin 7-də, 80 yaşında vəfat edib. Luçesku Rumıniya milli komandasının məşqi zamanı vəziyyəti pisləşdikdən sonra xəstəxanaya yerləşdirilmişdi. Ona kəskin miokard infarktı diaqnozu qoyulmuşdu və aprelin 5-də vəziyyəti pisləşəndə süni komaya salındı.

Luçeskunun son məşqçi vəzifəsi Rumıniya milli komandasında olub və o, 2026-cı il dünya çempionatına vəsiqə qazanmaq üçün pley-off mərhələsində Türkiyəyə 0:1 hesabı ilə uduzub.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest