"Real" UEFA Çempionlar Liqası 1/4 final mərhələsinin ilk oyunu çərçivəsində "Santyaqo Bernabeu"da "Bavariya"ya 1:2 hesabı ilə uduzub.

Matc.az xəbər verir ki, Madrid təmssilçisinin baş məşqisi Alvaro Arbeloa görüşdən sonra keçirilən mətbuat konfransında açıqlamalar verib. İspaniyalı mütəxəssis səfər matçında qalib gələcəklərinə inandığını deyib:

"Daha çox şansımız olsaydı, məğlubiyyətdən qaça bilərdik. Qol epizodlarında iki top itkisinə yol verdik. Bunlardan yayınmaq istərdik. Belə komandalarla oyunda bu cür səhvlər etsəniz, mütləq cəzasını çəkəcəksiniz. Bununla belə, Münhendə qalib gələ biləcək bir komanda varsa, o da “Real”dır. Orada qalib gəlməyin nə qədər çətin olacağını bilirik, amma bu məqsədlə irəliləyirik.

Çuameninin sarı vərəqə alması ciddi itkidir. Hakimin nə gördüyünü anlamıram. Amma ehtiyat variantlarımız var. Bundan əlavə, Mbappeyə qarşı edilən qayda pozuntusuna görə niyə qırmızı vərəqə göstərilmədiyini də başa düşmürəm. Bunlar mənim üçün çətin anlaşılan qərarlardır.

Göstərdik ki, onlara problemlər yarada və qollar vura bilərik. “Bavariya”nın qapısına daha bir qol vurmaq üçün çoxlu imkanlarımız oldu. Geridönüşə inanmayanlar Madriddə qala bilərlər. Münhendə qələbə qazanmaq üçün bütün gücümüzü ortaya qoyacağıq. Cavab oyununda futbolçularıma güvənirəm. Oyunçularımın ambisiyasına və məğlub olmaq istəməmələrinə heyranam. Mən tam əminəm ki, Almaniyada qalib gələ biləcəyik".

Qeyd edək ki, bu komandalar arasındakı cavab qarşılaşması aprelin 15-də Münhendə baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest