"Turan Tovuz" futbol komandası bizim ruhumuzdur, türklüyümüzün simvoludur”. Matc.az xəbər verir ki, bunu tanınmış yazıçı Müşfiq Abbasov ötən gün Azərbaycan kubokunun yarımfinal mərsəhələsində "Zirə" ilə qarşılaşan "Turan Tovuz"a qarşı hakim Əliyar Ağayevin qərəzli münasibətinə etiraz olaraq  bildirib.
 
O, hakim Əliyar Ağayevin etdiklərini təkcə haqsızlıq adlandırmayıb, bunun həm də qərəz, vicdansızlıq və tərbiyyəsizlik olduğunu vurğulayıb:
"Turan"ın prezidenti hörmətli Ehtiram müəllim hələ az dedi. Əliyarın oturaraq su içmək sevgisi o qədər çoxdur ki, hamının gördüyü qayda pozuntularını qeydə almadan "Turan"ımızın haqqını yeyərək minlərlə azarkeşin təhqirlərini qəbul etdi. Halal xoşun olsun. Azərbaycan futbolu belə inkişaf edə bilməz. "Turan"  məktəbdir. Əlyarlar istəməsə də, "Turan" qəlblərdədir. Bəsdir artıq... hər şeyin bir həddi var. AFFA bu məsələyə ciddi yanaşmalı və vicdanı "kor" olan hakimi bu cür oyunlardan rədd etməlidir. Yaşasın "Turan".
 
Xatırladaq ki, Azərbaycan kubokunun yarımfinal mərsəhələsində hakim Əliyar Ağayevin səhvləri ucbatından "Turan Tovuz" "Zirə"yə 0:2 hesabı ilə uduzdurulub.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest