08 Aprel 2026, 13:17
FUTBOL
"Barselona" mövsümün sonunda Ferran Torresi satmağı planlaşdırır.
Matc.az xəbər verir ki, bu barədə "El Nacional" məlumat yayıb.
Klub artıq ispaniyalı hücumçuya yayda satılacağı barədə məlumat verib. Torresin son dönəmdəki performansı məşqçilər korpusunu qane etmir.
26 yaşlı forvardla "Tottenhem", "Aston Villa" və "Nyukasl" maraqlanır. İspaniya çempionu oyunçusuna 35 milyon avro qiymət qoyub.
Qeyd edək ki, Ferran Torres bu mövsüm "Barselona"nın heyətində keçirdiyi 41 oyunda 16 qol vurub, 1 qol ötürməsi edib.












