"Real"ın müdafiəçisi Antonio Rüdiger UEFA Çempionlar Liqası 1/4 final mərhələsinin "Bavariya" ilə ilk oyununu (1:2) dəyərləndirib.
Matc.az xəbər verir ki, almaniyalı futbolçu komandanın qol epizodlarını dəyərləndirə bilmədiyini deyib:
"İkinci hissədə həddən artıq sadə qol buraxdıq. Ümumilikdə isə demək olar ki, hər iki qolu rəqibə özümüz hədiyyə etdik. Müdafiədə daha yaxşı oynamalıyıq.
Amma biz hələ də mübarizədəyik. Mbappenin qolundan sonra daha bir neçə dəfə fərqlənmək şansımız oldu. Lakin bundan yararlana bilmədik. Oyundan sonra paltardəyişmə otağında bu epizodları öz aramızda müzakirə etdik və gələcəkdə topa belə şəkildə nəzarəti itirməməyin vacibliyindən danışdıq. Çünki bu səviyyədə belə səhvlər həddən artıq təhlükəlidir. Bununla belə, "Bavariya"nın ən yaxşı oyunçusu şübhəsiz ki, Noyer idi".







_1775660874.jpg)




