08 Aprel 2026, 20:47
FUTBOL
Fransanın "Olimpik" klubunun baş məşqçisi Həbib Beyenin evi qarət olunub.
Matc.az xəbər verir ki, bu barədə "La Depeche" nəşri məlumat yayıb.
Bildirilir ki, hadisə aprelin 8-i, gecə baş verib. İki oğru Fuvo şəhərindəki məşqçinin evində hasardan tullanıb və pəncərəni sındırıblar. Oğrular lüks markadan olan bahalı geyimlərin olduğu çamadanı oğurlayıblar.
Məşqçi həmin vaxt evdə olmayıb. Polis hadisə yerinə tez bir zamanda gəlib və lazımi istintaq prosedurlarını tamamlayaraq barmaq izlərini götürüb.
Qeyd edək ki, Həbib Beye 2026-cı ilin fevral ayından bəri Marsel klubuna rəhbərlik edir. Komanda hazırda Liqa 1-in turnir cədvəlində dördüncü yerdədir.












