"Bavariya" UEFA Çempionlar Liqası 1/4 final mərhələsinin ilk oyunu çərçivəsində səfərdə "Real"ı 261 hesabı ilə məğlub edib.
Matc.az xəbər verir ki, Münhen təmsilçisinin baş məşqçisi Vensan Kompani qarşılaşmadan sonra açıqlama verib. Belçikalı mütəxəssis cavab görüşündə də qalib gəlməli olduqlarrını bildirib:
"Paltardəyişmə otağında hamı hələ də çox sakitdir. Bir həftə sonra növbəti mərhələyə keçmək üçün yenidən qələbə qazanmalıyıq. Amma yenə də istəyirəm ki, futbolçularımız "Santyaqo Bernabeu"da qalib gəldiklərini başa düşsünlər. Bu, bizim çox şeyə nail ola biləcəyimizi göstərir. Bu inamı növbəti oyuna da ötürməliyik.
Məndə belə bir hiss var idi ki, oyun bərabər gedir və istənilən an istənilən istiqamətə dəyişə bilərdi. Daha çox və daha təhlükəli qol epizodlarımız var idi. Amma "Real"ın futbolçuları sadəcə inanılmazdır. Onların sürəti və təkbətək oyundakı bacarıqları çox yaxşıdır.
Bizə müdafiədə güclü oyun lazım idi. Manuel Noyer də bir neçə inanılmaz qurtarışla yadda qaldı. Amma öz qol epizodlarımıza baxanda bu, bizə öz meydanımızda daha çox qol vura biləcəyimizə inam verməlidir. Bunu etməyə çalışmalıyıq. Azarkeşlərimizin qarşısında vəziyyəti yaxşılaşdırmaq istəyirik. Ümid edirəm ki, yenə belə epizodlarımız olsa, qollarımızı vuracağıq. İki qol həmişə yaxşıdır, amma fürsətlərimizdən daha yaxşı istifadə etməliyik".
Qeyd edək ki, bu komandalar arasındakı cavab matçı aprelin 15-də Almaniyada baş tutacaq.












