08 Aprel 2026, 12:09
FUTBOL
"Ayntraxt"da baş məşqçi Albert Rieera ilə problemlər yaşayan Can Uzun mövsümün sonunda komandadan ayrıla bilər.
Matc.az xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb.
Avropanın bir çox klubu türkiyəli futbolçunun xidmətində maraqlıdır. Həmin klublardan biri "Milan"dır. A Seriyaası nəhəngi 20 yaşlı hücumameyilli yarımmüdafiəçi üçün 40 milyon avroluq təklif göndərməyi planlaşdırır.
Qeyd edək ki, Türkiyə millisinin üzvü olan Can Uzun bu mövsüm "Ayntraxt"ın heyətində bütün turnirlərdə keçirdiyi 22 oyunda 8 qol vurub, 5 qol ötürməsi edib.












