"Kəpəz"in İdarə Heyətinin üzvü Fərman Əlizadə problemlə üzləşib. Matc.az saytının əldə etdiyi məlumata görə, klub rəsmisi dünən həbs edilib.
Mənbə bildirib ki, Gəncədə yol hərəkəti qaydalarını pozduğu üçün DYP əməkdaşları onun idarə etdiyi avtomobili saxlayıb. Bundan narazı qalan Əlizadə polislərlə mübahisə edib.
Asayiş keşikçiləri onun sərxoş olub - olmamasını yoxlamaq üçün şöbəyə aparıb. Bununla razılaşmayan və səsinin tonunu qaldıran Fərman bəy tabesizlik etdiyi bütün gecəni polis idarəsində saxlanılıb. O, yalnız bu gün səhər saatlarında sərbəst buraxılıb.
Klubdan isə matc.az saytına bildirilib ki, xəbər həqiqəti əks etdirmir. Gəncə təmsilçisinin mətbuat xidmətinin rəhbəri Gəray Qiyasov deyib ki, belə bir hadisə baş verməyib.












