"Bavariya"nın qapıçısı Manuel Noyer UEFA Çempionlar Liqası 1/4 final mərhələsinin "Real"la ilk matçından (2:1) sonra açıqlama verib.
Matc.az xəbər verir ki, 40 yaşlı almaniyalı qolkiper cavab görüşünün çətin olacağını deyib:
"Təəssüf ki, hesab 2:0 olmadı. Hamımız bilirik ki, "Real" nə qədər təhlükəli ola bilər. Onların da bir neçə imkanı oldu, amma bəzilərindən yararlana bilmədilər. Buna görə də səfərdə qazandığımız qələbədən razıyıq. Baxmayaraq ki, Münhendə yenə də çətin oyun olacaq. Rəqibin heyətində dünyanın ən yaxşı oyunçularından bəziləri var. Onlar inanılmaz dərəcədə sürətlidirlər, topa yaxşı nəzarət edirlər və güclü zərbələrə malikdirlər. Bu da "Real"ı çox çətin rəqibə çevirir. Əgər birlikdə hərəkət etsək, işimizi görmək daha asan olacaq. Amma təkbətək vəziyyətlərdə, xüsusilə də onların boş sahəsi olduqda, bu çox çətindir. Açığı, sahib olduğumuz komanda və məşqçilər heyəti ilə oynamaq çox zövqlüdür. Doğrudur, artıq 40 yaşım var, amma hələ də formadayam. Deməli, həyatda hər şey mümkündür".
Qeyd edək ki, bu komandalar arasındakı cavab matçı aprelin 15-də Almaniyada baş tutacaq.












