"Liverpul" mövsümün sonunda müqaviləsi başa çatan İbrahima Konate ilə razılıq əldə edib.

Matc.az xəbər verir ki, bu barədə "TEAMtalk" məlumat yayıb.

İngiltərə çempionu fransalı mərkəz müdafiəçisi ilə maaş məsələsində ortaq məxrəcə gəlib. Aprelin sonuna qədər 26 yaşlı futbolçu ilə yeni sözləşmə imzalanacaq.

Qeyd edək ki, İbrahima Konete 2021-ci ilin yayından "Liverpul"da çıxış edir. Fransa millisinin üzvü bu mövsüm Mersisayd təmsilçisinin heyətində keçirdiyi 42 oyunda 2 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest