“Bavariya”nın futbolçusu Serj Qnabri UEFA Çempionlar Liqasının 1/4 final mərhələsində Madrid “Real”ına qarşı keçiriləcək oyunlar barədə fikirlərini bölüşüb.

Matc.az xəbər verir ki, komandalar sabah “Santyaqo Bernabeu” stadionunda üz-üzə gələcək, cavab oyunu isə aprelin 15-də Münhendə baş tutacaq. Almaniyalı hücumçu matçı səbirsizliklə gözlədiyini deyib:

“Real”la oyunlar hər zaman xüsusi hisslər yaradır. Bütün futbol dünyası bu qarşılaşmanı səbirsizliklə gözləyir, mən də səbirsizliklə gözləyirəm. Hər iki oyunda iştirak etməyi çox istərdim. “Bavariya” ilə “Real” arasındakı görüşlər Avropa futbolunun klassikasıdır. Onlar daha əvvəl “Mançester Siti”ni çox inamlı şəkildə keçdilər ki, bu da məni bir qədər təəccübləndirdi. İki il əvvəl “kral klubu” ilə oynayanda nəticə bizim üçün məyusedici oldu, amma biz qələbəyə çox yaxın idik. Bu dəfə revanş götürmək və növbəti mərhələyə yüksəlmək istəyirik”.

Xatırladaq ki, 2023/24 mövsümündə “Real” yarımfinal mərhələsində cavab oyununda Xoselunun son dəqiqələrdə vurduğu qollar sayəsində “Bavariya”nı turnirdən kənarlaşdırmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest