"Bavariya" "Mançester Siti"nin futbolçusu Fil Fodenlə ciddi şəkildə maraqlanır.

Matc.az xəbər verir ki, bu barədə "TEAMtalk" məlumat yayıb. Almaniya klubunun nümayəndələri artıq ingiltərəli hücumameyilli yarımmüdafiəçinin ətrafı ilə ilkin əlaqələr qurublar.

"Şəhərlilər"in rəhbərliyi buna cavab olaraq öz yetirməsi ilə müqavilənin uzadılması istiqamətində fəal iş aparır. Klub Fodenin yeni müqavilə imzalayaraq onun Mançesterdə qalmasına nail olmaqla mümkün riskləri aradan qaldırmağa çalışır.

Futbolçunun özü də karyerasını doğma klubunda davam etdirməyə hazırdır. Lakin o, maliyyə şərtlərinin əhəmiyyətli dərəcədə yaxşılaşdırılmasını tələb edir. “Siti” rəhbərliyi 25 yaşlı oyunçunun komandada qalmasını təmin etmək üçün böyük ehtimalla onun tələblərini qarşılayacaq.

Xatırladaq ki, Fil Foden "Mançester Siti"nin akademiyasının yetirməsidir və 2017-ci ildən əsas komandada çıxış edir. İngiltərə millisinin üzvü cari mövsümdə Premyer Liqa təmsilçisinin heyətində 41 oyunda iştirak edib, 10 qol vurub və 5 məhsuldar ötürmə edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest