"Milan" müdafiənin sol cinahını yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.

Matc.az xəbər verir ki, A Seriyası nəhənginin əsas hədəfi "Liverpul"da çıxış edən Endryu Robertsondur. Bu barədə "Calciomercato" nəşri məlumat yayıb.

Şotlandiyalı futbolçunun İngiltərə klubu ilə müqaviləsi mövsümün sonunda başa çatır. Bunu nəzərə alan "Milan" yayda azad agent statusunda olacaq 32 yaşlı sol cinah müdafiəçisi ilə danışıqlara başlamağa hazırlaşır.

Qeyd edək ki, Endryu Robertson 2017-ci ilin yayından "Liverpul"da çıxış edir. Şotlandiya millisinin üzvü  bu mövsüm Mersisayd təmsilçisinin heyətində keçirdiyi 30 oyunda 2 qol vurub, 2 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest