31 Mart 2026, 11:09
FUTBOL
"Fənərbaxça" mövsümün sonunda "Bavariya" ilə müqaviləsi başa çatan Leon Qoretskanı heyətinə qatmaq üçün hərəkətə keçib.
Matc.az xəbər verir ki, bu barədə "Fanatik" nəşri məlumat yayıb.
İstanbul nəhənginin idman direktoru Devin Özek 30 yaşlı yarımmüdafiəçi ilə anlaşmaq üçün yaxın günlərdə Almaniyaya gedəcək. "Fənərbaxça" almaniyalı futbolçunun tələb etdiyi illik 7 milyon avro maaş, 3 illik müqavilə və 10 milyon avroluq imza pulu qarşılamağa hazırdır.
Qeyd edək ki, Leon Qoretska 2018-ci ilin yayından "Bavariya"da çıxış edir. Təcrübəli oyunçu bu mövsüm Münhen təmsilçisinin heyətində keçirdiyi 37 oyunda 2 qol vurub, 2 qol ötürməsi edib.

_1774961532.jpg)


_1774956965.jpg)


_1774953174.jpg)




